Əhəd Abıyevin səlahiyyətləri ona həvalə olundu

1689765047 dc4de672 4fd3 3e43 8c94 4740b4f6ac37 850.jpg

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

“Report”un əldə etdiyi məlumata görə, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.