Əks-hücumu həlledici hesab etsək… – Kulebadan həyəcan təbili

1680175985 630 360 1668440631 706.jpeg

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin gözlənilən əks-hücumunundan danışıb.

Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, o, əks-hücumu müharibənin həlledici anı hesab etməməyə çağırıb.

“Biz əks-hücumun müharibənin həlledici döyüşü kimi qəbul edilməsinə hər cür müqavimət göstərməliyik”, – nazir bildirib.

Kuleba bunu ehtiyat etməsi ilə əlaqələndirib: “Əks-hücum Ukraynanın bütün ərazisinin azad edilməsinə gətirib çıxarmasa, Qərbdə Kiyevi Moskvaya güzəştə getməyə sövq edən qüvvələrin mövqeyini gücləndirəcək”.

“Onlar (kompromis mövqeyinin tərəfdarları – red.) hər yerdə var: Vaşinqtonda, Berlində, Parisdə, Londonda. Onlar Minsk-3 sazişi ruhunda nəsə etməyə çalışacaqlar”, – XİN başçısı vurğulayıb.