Ekspres AVM – Azərbaycanda yaradılan ilk Tədarükçü sistemli açıq onlayn alış-veriş Platforması artıq fəaliyyətə başlayacağını duyurdu.
“Bazar Yeri nədir?
Alıcıların və satıcıların internetdə bir araya gəldiyi, məhsul və ya xidmətlərin siyahılaşdırıldığı və alqı-satqının asanlaşdırıldığı bir platformadır.
Beləliklə, insanlar istədikləri məhsula və ya xidmətə daha sürətli və asanlıqla çatma imkanı əldə edirlər. Bundan əlavə, rəqəmsal dünyada daha çox çeşid və qiymət alternativlərinin mövcudluğu alıcılar üçün böyük üstünlük yaradır.”
Ekspres AVM Platforması 2020-ci ilin Mart ayından hamımızın gözlərini yolda qoymağa başladı.
Hazırda Fiziki və Hüquqi Şəxslərin (Şirkət və Qurumların) Mağaza qeydiyyatlarını keçirmələri və məhsullarını yerləşdirmələri üçün fəaliyyət göstərməkdədir. Yaxın günlərdə alıcılar üçün açılacaqdır.
Devizi “Gələcəyin Platforması”dır. Bu devizin seçilməsi Platformanın hər zaman yeni nəsil texnologiyalarla təchiz edilməsi və Süni İntellekt (AI) istifadə etməsi ilə əlaqəli olduğu açıqlandı.
Güvənlik:
Platforma Güvənliyi çox ciddi nəzarət altındadır. Norton SafeWeb, Google SafeWeb və bir neçə ciddi təhlükəsizlik sistemləri tərəfindən “Yaşıl nişan”la işarələnmişdir.
Onlayn Mağaza (Tədarükçülər):
Platforma Tədarükçülərin rahat şəkildə onlayn mağaza açmalarını və məhsullarını birbaşa alıcılara təqdim edib satmaq imkanını təmin edir.
4 Paketlə qeydiyyat prossesi başladılır. Hər paket xüsusiyyətlərinə görə fərqlənir.
Prossesə görə Tədarükçülər ilkin Mağaza qeydiyyatını qısa zaman ərzində tamamladıqdan sonra ikinci mərhələdə Hüquqi və ya Fiziki Şəxs olaraq sənədlərinin təsdiqini həyata keçirirlər. Bu prosses alış-veriş zamanı alıcıların mağazaların həqiqiliyini şübhə altına almamasına zəmin yaradır. Çünki yalnız sənədli şəkildə təsdiq edilmiş Mağazalar məhsul yerləşdirmək və satmaq imkanını əldə edirlər.
Mağaza Funksiyaları:
Mağaza Maliyyəçisi, Mağaza Köməkçisi, Mağaza Bildirişləri, Mağaza Elanları, Endirim Kuponları, Sayğaclı Məhsul Endirimləri, Sorğu və İsmarıclar, Çatdırılma, Təsdiqlənmiş Nişanlı Mağaza, Mağaza İşçi/Heyət təyinatları, Mağaza İzləyiciləri, Satış Ortaqlığı, Məzuniyyət/Tətil Modu, Fakturaların Emaillə izlənməsi, Qruplaşmış və Kompozit məhsullar, Mağaza Təsdiqlənməsi, Mağaza Nişanları və sair xidmətlər mövcuddur.
Ekspres Cib:
Bu sistem Platforma daxilində bir elektron Cibdir. Yalnız istifadəçi kimi qeydiyyat keçənlərin istifadəsinə açıqdır. Keşbek (Cashback) ilə toplanan bütün vəsait burada saxlanılır. Nəğdləşdirilə bilməyən, lakin alış-veriş zamanı xərclənə bilən vasitədir.
Ekspres Cib ilə istənilən istifadəçi bir başqa istifadəçinin Ekspres Cibinə anında vəsait göndərə bilər.
Alıcılar:
Alıcılar yalnız təsdiq edilmiş Tədarükçülərin məhsullarını almaq imkanı əldə edirlər.
İstənilən məhsulu “AR İstehlakçı haqları qanunu”na əsasən 14 gün içində (bəzi xüsusi məhsullar istisna olmaqla) dəyişə və ya qaytara bilirlər. Alış zamanı ödənilən vəsaitlər Ekspres AVM tərəfindən 14 gün mühafizə edilir, dəyişdirilmə, yaxud qaytarılma zamanı alıcıya rahatlıq və güvənlik yaratmaq məqsədi daşıyır, üstəlik İstehlakçı haqları qanununu tam icra edir.
Bütün alış-verişlərdə, istənilən məhsul üçün alıcı 1% keşbek qazanır. Toplanan vəsaiti növbəti alış-verişdə Ekspres Cibdən ödəyə bilir.
Alış-veriş yalnız kart ilə, nağdsız ödəniş şəklində həyata keçirilir.
Çatdırılma sifarişi qəbul edən Mağaza tərəfindən təmin olunur.
Hər alış-veriş zamanı alıcı “Məsafəli Satış Müqaviləsi”ni işarələyərək qəbul edir. Bu müqavilə Alıcı Ekspres AVM və Tədarükçü ilə müəyyən edilmiş üçtərəfli müqavilə sayılır və sifarişin qədərini müəyyən və alıcının haqlarını müdafiə edir.
Təşəbbüskar Xanımlar:
Təşəbbüs göstərərək evdən və fərdi işləyən Xanımların istifadəsinə dəstək məqsədi ilə verilmişdir.
Bu prossesdə bütün rəsmi hissələri (sənədləşmə və digər) Ekspres AVM Təşəbbüskar Xanımların yerinə həll etməkdədir. Əl işi və ya Fərdi satışın qalxması, inkişaf etməsi üçün bütün şərait yaradılmışdır. Azərbaycanda tükənməkdə olan bu sahənin inkişafına sərbəst zəmin yaradılaraq fəaliyyətə verişmişdir.
İşin texniki tərəfində yalnız çatdırılması üçün məhsulun qapıdan daşıyıcıya verilməsi Təşəbbüskar Xanımların öhtəsində qalmışdır.
Website: www.ekspres.az
AppStore: https://eksp.rs/appstore
PlayStore: https://eksp.rs/playstore
Instagram: instagram.com/ekspresaz
Facebook: facebook.com/ekspresaz
Twitter: twitter.com/ekspresaz
YouTube: https://eksp.rs/youtube
Wikipedia: https://az.wikipedia.org/wiki/Ekspres_AVM


