Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

D3b138ae 8694 3c1e b753 09cecc4a837c 850.jpg

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb.

Bu barədə “Diario Expreso” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb.

Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.