Elektron qolbaq daşıyan 28 məhkum əfv olundu

1683532899 402507.jpg

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamının şamil olunduğu şəxslər arasında şərti məhrumetmə cəzasına məhkum edilmiş şəxslər də var.

Bakı şəhəri üzrə 28 nəfər şərti məhrumetmə cəzasından azad edilib.

Əfv edilənlərdən biri yeniyetmədir, 2006-cı il təvəllüdlü Gülərin (ad şərtidir) elektron qolbağı probasiya şöbəsində açılacaq.