Elektron qolbaq daşıyan şəxs hədə-qorxu gəldi

1714384146 662f6a74d2e9f662f6a74d2ea01714383476662f6a74d2e9d662f6a74d2e9e.jpg

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, məhkəmə tərəfindən eyni əmələ görə barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş Əli Abdullazadə saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Əlavə araşdırma zamanı Ə. Abdullazadənin digər cinayət əməlinin də üstü açılıb. Onun tanışı, Biləsuvar rayon sakini olan bir nəfər qadına haqqında rüsvayedici məlumatlarla yaymaq adı ilə hədə-qorxu gələrək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığı müəyyən edilib.

Araşdırmalar aparılır.