Əli Əsədov Rusiyanın baş nazirinə başsağlığı verib

E858bb3d 2242 3588 A9ac D319dfa3154d 850.jpg

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralanın olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.