Elin Süleymanovdan səfirliyimizə edilən hücuma bağlı paylaşım

731ae30a165968095245356920410315279.jpg

“Vətəndaşlarımızın, o cümlədən Səfirlik əməkdaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir! Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”.

Avtor.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.

Səfir qeyd edib ki, Londonda yerləşən radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyə hücumu qəbuledilməz və barbardır: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”.