Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

721160304 1302434588720028 6403573817616207518 n 6a2c09b3b3990

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib.

Qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.