Elməddin Səlimli 4 qat dünya çempionu adına layiq görülüb

Ff8c1a3b166298585988268782010752290.jpeg

Çexiyanın Praqa şəhərində Dünya şotakan federasiyasının 12-ci dünya çempionatında Arpaçay karate klubunun Sumqayıt filialının idmançısı Elməddin Səlimli 10-11 yaşlı idmançılar arasında 4 qat dünya çempionu adına layiq görülüb.

Klubdan bildirilib ki, idmançımız karatenin kata, şobu ippon, şobu sanbon, WKF versiyalarında bütün rəqiblərinə qalib gələrək Dünya çempionu adını qazanıb.

Klub rəhbərliyi kollektivi idmançını və şəxsi məşqçisi Pərviz Quliyevi təbrik edir.