Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür

F0ca51df 2ad0 42b9 91ac dbf07ee731e6 6aeb14c4c9c4b

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin vəfatından 1 il ötür.

Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.

O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.

1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən bu günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.