Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

6c14da10164266249330241621510724223.jpg

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,09% azalaraq 1 723,2 ABŞ dollarına bərabər olub.

Bu barədə Avtor.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,46% azalaraq 18,87 dollar təşkil edib.