Epidemioloji vəziyyətə görə bir sıra təhsil müəssisələri bağlanıb

479b4864163065923745424111311007774.jpg

Rusiyanın Dağıstan Respublikasında kəskin respirator virus infeksiyasına (KRVİ) yoluxma hallarının artması səbəbindən 30-dan çox məktəb və 16 uşaq bağçası bağlanıb.

Bu barədə Dağıstan Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Respublika Səhiyyə Nazirliyi infeksiyaya, xüsusilə “donuz qripi”nə yoluxma hallarının artdığını bildirib. Xəstəliyin əsasən ahıllar, uşaqlar və hamilə qadınlarda fəsadlarla müşayiət olunduğu vurğulanıb.