Ərdoğan 57 şəhərin valisini dəyişdi

1691646074 1648023530 1635252338 1632997312 5c1f2541cc012.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 57 şəhərin valisini dəyişib.

Bu barədə qərar hökumətin və Türkiyə Milli Təhlükəsizlik Şurasının bu həftə keçirilən iclaslarında qəbul edilib.

Dəyişikliklərin hansı səbəbdən edildiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, avqustun 2-də Ərdoğanın əmri ilə Türkiyənin 52 vilayətinin təhlükəsizlik idarələrinin rəhbərləri dəyişdirilib.