Ərdoğan 7 ölkəyə yeni səfir təyin edib

12b3dab3 8c7f 3973 8b6c dc7dcf7de244 850.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 ölkəyə yeni səfir təyin edib.

Bu barədə qərar “Rəsmi qazetə”də dərc olunub.

Bildirilib ki, Osman Koray Ertaş Böyük Britaniya və Şimali İrlandiyaya, Hicabi Kırlanqıç İrana, Hüseyn Güngör Qanaya, Murat Karagöz Portuqaliyaya, Ufuk Ekici Anqolaya, Berk Baran Efiopiyaya, Mustafa Kapucu isə Qazaxıstana səfir təyin edilib.