Ərdoğan “Expo-2020 Dubai”də Azərbaycan pavilyonunu ziyarət edib

6084e82a16449379188873421981016176.jpg

Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə tanış olub.

“Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında ətraflı məlumat verib. Anar Ələkbərov qeyd edib ki, “Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Diqqətə çatdırılıb ki, pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.