Ərdoğan: “Fələstin xalqı ilə həmrəyliyimizi davam etdiririk”

19b4efcc dba1 3abe 821e 2e7c4c89d5be 850.jpg

Ərdoğan: Fələstin xalqı ilə həmrəyliyimizi davam etdiririkRəcəb Tayyib Ərdoğan
“Fələstin xalqı ilə həmrəyliyimizi davam etdiririk”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla birgə mətbuat konfransında danışıb.

“İsrail ilə münasibətlərimizdə atılan addımlar Fələstin məsələsinə dəstəyimizi heç bir şəkildə azaltmayacaq. TİKA, Türk Qızıl Aypara və müxtəlif təşkilatlar Fələstinə yardımlarını davam etdirir. Biz Fələstin xalqını incəsənət və mədəniyyət sahəsində dəstəkləməyə davam edəcəyik. Fələstinə, xüsusilə Qüdsə turizmi təşviq edirik”, – Türkiyə lideri vurğulayıb.