Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə bu gün Lvova birgünlük işgüzar səfər edib.
Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan Esenboğa hava limanından özəl “TUR” təyyarəsi ilə Ukraynaya rəsmi səfərə gedib.
Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir, AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik və “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar var.





