Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Çin Xalq Respublikasının Sədri Si Cinpin Səmərqənddə görüşüb.
Bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirib.
Məlumatda o da qeyd olunur ki, görüş bağlı qapılar arxasında keçirildiyi üçün əlavə təfərrüatlar məlum deyil.
Bu gün Ərdoğanın həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirəcəyi gözlənilir.

