Ərdoğandan atəşkəslə bağlı – Açıqlama

Erdogan.jpg

“HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri razılaşmanının Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağına, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib.

“Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək”, – Ərdoğan vurğulayb.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.