Erməni kilsəsini dostluğa çağırırıq – Allahşükür Paşazadə

1682055647 thumb.jpg

Biz erməni kilsəsini dostluğa, barışığa çağırırıq.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

“Biz həmişə dünyanı dostluğa çağırırıq. Dəfələrlə ermənilərə demişik, biz din adamıyıq. Dini siyasiləşdirmək olmaz. Biz erməni kilsəsini dostluğa, barışığa çağırırıq”, – deyə QMİ sədri bildirib.

O, qeyd edib ki, Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz.