Erməni zabit Qarabağda MİNAYA DÜŞDÜ

1617736482 mina.jpg

Qanunsuz erməni silahlı dəstəsinin üzvü minaya düşüb.

Bu barədə erməni mətbuatında məlumat yer alıb.

Belə ki, Ağdərə istiqamətində yerləşən qanunsuz erməni silahlı dəstəsinin zabiti piyada əleyhinə minaya düşərək ağır yaralanıb.

Xankəndindəki hospitala yerləşdirilən hərbçinin sağ ayağı amputasiya edilib./Unikal/