Ermənilər Kəlbəcəri atəşə tutdu

1693888344 1688883792 229293 xwp5mhn0wl.jpeg

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Avtor.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.