Ermənistan Azərbaycana məlumat verib- RƏSMİ

1683056396 img 20230502 233718 917.jpg

Ermənistan Azərbaycana İrəvan-Qafan sınaq reysi barədə əvvəlcədən məlumat verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsi ilə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb”, – rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, Ermənistana məxsus L 410 mülki təyyarəsi Qafan hava limanında texniki uçuşlar həyata keçirib. İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafan hava limanına enib.