Ermənistan klubu UEFA reqlamentini pozduğuna görə cərimələnəcək

1ba3f580 da8d 382e aa62 e3e5acc7181c 850.jpg

Ermənistanın “Pünik” klubu UEFA reqlamentini pozduğuna görə cərimələnəcək.

Bu barədə klubun rəhbəri Artur Soqomonyan “Brontozyabre”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, cəzaya səbəb klubun Ermənistan Futbol Federasiyasının (FFA) UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Bode-Qlimt” komandasına qarşı keçiriləcək oyuna biletlərin satışını bloklamasına etiraz olaraq azarkeşləri matça sərbəst buraxmaq qərarıdır.