Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub

7bcc7bd4 b98f 3b70 8991 8d13432a9c9d 850.jpg

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub.

Ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi vətəndaşın müraciəti əsasında əməliyyat keçirib.

Məlumata görə, Ermənistan vətəndaşı pasport almaq üçün Silahlı Qüvvələrdə qeydiyyata düşmək istəyib. Bunun üçün ondan 150000 dram (700 manat) rüşvət istəyiblər. Nazirliyin vəzifəli şəxsi həmin vətəndaşdan göstərilən məbləği alarkən tutulub.

Komitə vətəndaşın və nazirliyin əməkdaşının adını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır.