Ermənistan NATO-nun təlim siyahısından ÇIXARILDI

1680850148 1673603409 107068936 16539976022022 05 31t104609z 1130027660 rc29iu9mptbs rtrmadp 0 ukraine crisis nato turkey finland.jpeg

Ermənistan NATO-nun aprelin 22-də başlayacaq hərbi təlimlərində iştirak edəcək ölkələrin siyahısından çıxarılıb.

Bu barədə Ermənistanın “Hayeli” nəşri məlumat yayıb.

Bildirilib ki, Pentaqonun rəsmi saytında dərc edilmiş siyahıda dəyişiklik edilib və Ermənistan həmin siyahıdan kənarlaşdırılıb.

Bundan əvvəl Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqh təlimdə Ermənistanın da iştirak edəcəyini bildirmişdi. Lakin sonradan bu ölkənin siyahıdan çıxarılmasının səbəbi açıqlanmayıb.