Ermənistan parlamenti Aİ ilə bağlı qanun layihəsini QƏBUL ETDİ

2n5y3fol8jo2uqxqah1odkzcvcji0rtucjiy1zrn 1200.webp

Ermənistan parlamenti respublikanın Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Oxu.Az bu barədə “Sputnik Ermənistan”a istinadla xəbər verir.

Bildirilib ki, sənədin lehinə 64, əleyhinə 7 deputat səs verib, bitərəf qalan olmayıb.

Müxalifətdəki “Hayastan” fraksiyası səsverməyə qatılmayıb.