Ermənistan təxribatlardan əl çəkmir – Ceyhun Bayramov

27b09e18167810462046035542511114584.png

Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir.

Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşdə bildirib.

Nazir, Ermənistanın öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyini diqqətə çatdırıb.

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib.