Ermənistanda uşaqlara qarşı cinayətlərin sayı artır

1550220714 2547398.jpg

Ermənistanda uşaqlara qarşı cinayət hallarının sayı artır.

Avtor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 2020-ci ildə azyaşlılara qarşı cinayətlərlə bağlı 259 məlumat daxil olubsa, 2021-ci ildə bu rəqəm 292 olub.

Uşaqlara qarşı cinayətlər arasında əsasən döyülmə, fiziki və ya psixoloji əzab vermə, təcavüz, yaxın qohum və ya valideynin ziyarətinə qadağa qoyulması var.

2021-ci ildə 90 cinayət işi ittiham aktı ilə birlikdə məhkəmələrə göndərilib.

Prokurorluğun məlumatına görə, uşaqlara qarşı cinayətlərin 40 %-i təhsil funksiyası həvalə edilmiş şəxslər tərəfindən törədilib.