Ermənistanın eks-müdafiə naziri həbsdə qalacaq

1693378622 davit tonoyan.jpg

Ermənistan Respublikasının keçmiş müdafiə naziri Davit Tonoyan həbsdə qalacaq.

Bu barədə Ermənstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hakim Vahe Dolmazyan Davit Tonoyanın həbs qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı qərarı dərc edib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrından həbs edilən Davit Tonoyan korrupsiyada – silahlı qüvvələrə məxsus 4,5 milyon dolları mənimsəməkdə ittiham olunur.

D.Tonoyan 2018-ci ildən 2020-ci ilin noyabrınadək müdafiə nazir işləyib.