Ermənistanın heç bir təxribatı cavabsız qalmayacaq – Nazir

1689264753 1689264301525911776 367x266.jpeg

Təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər. Çünki onlar mühitə mənfi təsir göstərir, daha çox gərginlik yaradır və bunun istənilən halda geniş mənada mənfi təsiri var.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfinin mövqeyi birmənalıdır: “Azərbaycanın çağırışı ondan ibarətdir ki, təxribatlardan çəkinmək lazımdır. Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq”.