Ermənistanın xarici işlər naziri Fransaya gedir

169779d3164853180058334430110122819.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.

Avtor.az xəbər verir ki, o, Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.

Bundan başqa, A.Mirzoyan 5-ci Dünya Paris Forumunda da iştirak edəcək.

Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.