Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk – Mişustin

1686139830 mikhail mishustin 260120.jpg

“Rusiya Federasiyası Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir”.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

“Biz dağ-mədən sənayesinin energetika sektorunda, aqrar-sənaye kompleksində və s. sahələrdə yeni birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Hazırda Rusiya Federasiyasının 70-ə yaxın subyekti Ermənistanla işləyir, birbaşa əlaqələr var. Keçən il Ermənistanda Rusiya regionlarının nümayəndələrinin iştirakı ilə 24 işgüzar missiya təşkil olunub”, – Mişustin bildirib.