Ərzaq qiymətləri 18% BAHALAŞIB

1680726733 nielsenn.jpg

2022-ci ildə dünyada ərzaq qiymətləri əvvəlki illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb.

Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) çərşənbə günü dərc etdiyi hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, ötən il taxılın qiyməti 21% artıb.

“Əkin sahələrinin azalması və gübrələrin baha olması məhsuldarlığın azalmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər”, – deyə təşkilat xəbərdarlıq edib.