“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarımnda Novruz bayramı münasibəti ilə tədbirlər keçirilir.
“Əsgərə Xatirə Kitabı”nın Layihə rəhbəri Nuranə Şixəliyeva bildirib ki, bu gün layihə iştirakçıları Sabirabad rayonu Poladtuğay kəndində Vətən müharibəsində şəhid olmuş Telman Nəhmətovun övladı Təyyar Nəhmətovun doğum gününə qatılıb daha sonra şəhid Süleyman Qarayevin ailəsi ziyarət edilib.
Tədbirdə “Əsgərə Xatirə Kitabı”nın Layihəsinin təşkilatçıları, Sabirabad rayon Veteranlar təşkilatınən sədri, birinci Vətən müharibəsi qazisi Faiq Hüseynov, o cümlədən Sabirabad rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Səmimi söhbət zamanı Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.
Ailənin qayğıları ilə maraqlanan “Əsgərə xatirə kitabı” layihəsinin nümayəndələri şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər.
Şəhidlərimiz ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





