“Əsgərə Xatirə” layihəsinin təşkilatçılıgı və Müdafiə Nazirliyinin birgə əməkdaşlıgı ilə Bakıda vətənpərvərlik mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə tanınmış ictimaiyyət xadimləri, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, hərbiçilər, ziyalılar həmçinin fəxri qonaq qismində Müdafiə Nazirliyinin zabiti, şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iştirak etmişdir.
Tədbirdə çıxış edənlər bildiriblər ki. vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyəti, ulu ömdər Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir.
“Əskərə xatirə kitabı” layihəsinin rəhbəri, tanınmış ictimai xadim Nuranə Şıxəliyeva tədbirdə çıxış edərək hər kəsə təşəkkür edib. Bildirib ki, vətənpərvərlik mövzusunda təşkil edilən tədbirlər bundan sonra da davam etdiriləcək. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. “Əskərə xatirə kitabı” layihəsi olaraq biz bu missiyanı uğurla davam etdiririk.
Tədbirdə “Əsgərə Xatirə” layihəsinin təşkilatçılıgı və Müdafiə Nazirliyinin birgə əməkdaşlıgı ilə “Əsgərə Xatirə” kitabı layihəsinin fəxri üzvüləri təltif ediliblər.
İradə Əliyevə – yazar
Elburus Elmir – sahibkar “Gold Naftalan”nın rəhbəri
Fərid Əlizadə – “SARO çay” şirkətlər qrupunun rəhbəri
Mahirə Əhmədova – həkim, fizioterapevt
Əliş Hüseynov – “Nej” şirkətlər qrupunun rəhbəri
Xəyalə Əzizli – “Creative Kids” uşaq bağçası və inkişaf mərkəzinin direktoru
Hacı Nuran Hüseynov – “Həyat Fondu”nun rəhbəri
Hacı Miemehdizadə – Muğanbank filialının rəhbəri
Aynur Musayeva – Tədris Mərkəzinin rəhbəri
Xaliq İsmayılov – Sahibkar
Nuray Qəhrəmanova – həkim
Firəngiz Quliyeva – Azərbaycan Tibb Universitetinin dosenti, Kimya-Biologiya kafedrasının baş müəllimi
Güc birlikdə, sevgi həmrəylikdədir!
Qarabağ Azərbaycandır!





