ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

170d533e 99b4 3d78 862b Efaa7af1785f 850.jpg

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında Anlaşma Memorandumu imzalanıb.

Avtor.az nazirliyə istinadən xəbər verir ki, sənədin əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitetin təşkil etdiyi tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.