Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

1355039 Kami Rita Sherpa Lors De Sa 23e Ascension De L Everest Le 14 Mai 2019.jpg

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.

Bu barədə alpinistin işlədiyi dağ ekspedisiyası şirkətinin nümayəndəsi məlumat verib.

54 yaşlı alpinist və bələdçisi təxminən 30 nəfərdən ibarət komandanı müşayiət ediblər. Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu gün zirvəyə qalxmazdan əvvəl o, rekordla bağlı konkret hədəfinin olmadığını söyləyib.
Mənbə: TASS