Eyni anda üç infeksiyaya yoluxub

Bd22c2ef166136809214125915410518880.jpg

Sicilya adası sakini eyni zamanda Covid-19, meymunçiçəyi və VİÇ infeksiyasına yoluxub.

Bu barədə “Palermo Today” nəşri məlumat yayıb.

Ötən ay İspaniyadan qayıdan 36 yaşlı Palermo sakini özündə koronavirusun əlamətlərini hiss etdiyi üçün həkimə müraciət edib. Eyni zamanda onun bədənində səpkilər yaranıb. Müayinə zamanı onun VİÇ infeksiyasına da yoluxduğu aşkara çıxıb.

Hazırda pasientin vəziyyəti barədə məlumat verilmir.