Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

170316176310838350 1200x630.jpg

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Fazil Mustafanın növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.