Federasiyada yeni təyinatlar olub

9a8532c8 A201 378f Bd57 5ed6fe7458dd850.png

Azərbaycan Atletika Federasiyasında (AAF) yeni təyinatlar reallaşıb.

Bu barədə AAF-ın mətbuat xidməti məlumat yayıb.

Federasiya prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyevanın görüşü zamanı Oktay Mirzəyev Azərbaycan millisinin baş məşqçisi, Mixal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçi təyin olunub.

O.Mirzəyev baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.