“Fənərbaxça” braziliyalı yarımmüdafiəçi transfer etdi

28b805f5165769461959055212710552336.jpg

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Avtor.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Flamenqo”nun yarımmüdafiəçisi Villian Arao ilə razılıq əldə olunub.

29 yaşlı futbolçu bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Villian Arao 2016-cı ildən “Flamenqo”da çıxış edir. O, bu mövsüm 34 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.