“Fəryad-2” filminin nümayişi niyə gecikir?

F0bf4a2d165029339765765467710147596.jpg

Mədəniyyət Nazirliyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin kütləvi nümayişə çıxarılmamasının səbəbini açıqlayıb.

Nazirlikdən bildirilib ki, Xalq artisti Vaqif Mustafayevin dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbi onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqədardır.

Qeyd olunub ki, film yalnız festival həyatı başa çatdıqdan sonra tamaşaçılara təqdim olunacaq.