Aktrisa Meral Konrat Xalq artisti Fəxrəddin Manafovdan bəhs edib.
Sənətçi aparıcı Elgiz Əkbərin yutub layihəsində qonaq olub. O, Elgizin “Təhminə” filmi çəkiləndə Fəxrəddin Manafovla eşq yaşadığınız deyilir” sözlərinə belə cavab verib:
“Belə bir şey olmayıb. Fəxrəddin Manafov dəyərli aktyordur. Mənim üçün “Təhminə” filmində oynadığım ən yaxşı aktyordur. Ümumiyyətlə, bu günə kimi rol aldığım filmlərdə ən dəyərli tərəf müqabilim olub. Yanında ən rahat olduğum aktyordur. Qarşındakından rol almalısan, Fəxrəddin də elə biridir. “Təhminə” filmində Fəxrəddin Manafov, Meral Konrat və Rasim Ocaqov olmasaydı, bu film olmazdı, alınmazdı. Bu üçündən biri olmasaydı, bu film olmayacaqdı. Bir də yazıçı Anar bəyə təşəkkür edirəm”.

