FIFA prezidenti başsağlığı verib

91e82999167574745014762681110615486.jpg

FIFA prezidenti Canni İnfantino Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə ali futbol qurumunun rəsmi tviter hesabından paylaşım edilib.

Funksioner bu dönəmdə hər iki ölkənin xalqları ilə həmrəy olduqlarını və dəstəklərini ifadə etmək istədiklərini bildirib.

Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.