FIFA Rusiya ilə bağlı qərarı dəyişə bilər

3cc69741155090978452434152110379650.jpg

FIFA Rusiya Futbol İttifaqının (RFİ) qurum üzvlüyündən çıxarılmasında maraqlı deyil.

Ali futbol qurumu RFİ ilə bağlı qərarını dəyişə bilər.

FIFA Konqresinin sabahkı toplantısında məhz bu məsələ müzakirəyə çıxarılacaq. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası böyük ehtimalla ruslara qarşı mövcud sanksiyaları qüvvədə saxlayacaq. Həmçinin RFİ-nin qurumdakı fəaliyyətinin dondurulması da gündəmdədir.

Qeyd edək ki, Rusiya yığması və klubları FIFA və UEFA tərəfindən beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırılıb.