Filippində zəlzələ qeydə alınıb

C535e3a715559403011791958681037468.jpg

Filippinin Lubanq adasında zəlzələ baş verib.

Bu barədə Filippinin Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların gücü 4,6 bal, dərinliyi 38 km olub. Zəlzələ ocağı adadan 105 km şimal-qərbdə qeydə alınıb. Bu, 14 martda baş vermiş 6,4 bal gücündə zəlzələnin afterşokudur. Regionda sunami təhlükəsi yoxdur, dağıntı və tələfat qeydə alınmayıb.