Finlandiya bu tarixədək NATO-ya üzv ola bilər

1679417616 2106c73d 371e 3a2a 8a9c 4fde01c35b9d 850.jpg

Finlandiya Türkiyədə keçiriləcək seçkilərə qədər NATO-ya üzv ola bilər.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O qeyd edib ki, Macarıstan parlamenti Finlandiyanın üzvlük protokolunu tezliklə ratifikasiya edəcək, Türkiyə parlamenti isə seçkilərdən əvvəl bu prosesi yekunlaşdıracaq.

“Mən Finlandiyanın Türkiyədəki seçkilərdən əvvəl NATO üzvü olmasını gözləyirəm. İsveçələ bağlı konkret tarixlər deyə bilmərəm, lakin onun da daxil olması prioritetdir”, – NATO rəhbəri deyib.