“Formula 1” üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq

Bf1b2f4b16541673669538891991025661.jpg

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində canlı yayımlanacaq.

“İdman TV”nin direktoru Rövşən Binnətlinin verdiyi məlumata görə, Bakıdakı yarış sözügedən kanalda ekranlara gətirəcək.

Direktor növbəti mərhələlərin də canlı yayımlanacağını söyləyib. Yeni mövsümün ilk Qran-priləri canlı göstərilməyib.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 – 12 iyunda gerçəkləşəcək.